XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 14:42

Bakı-Sumqayıt qatarının hərəkət cədvəli birgünlük dəyişdiriləcək –Səbəb

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Strateq.az  bu barədə “Azərbaycan Dəmir Yolları”  QSC-yə istinadən xəbər verir.

Belə ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.