XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 17:42

“Messi həmişəlik komandada qalacaq…”- “Barselona”nın prezidenti belə hesab edir

“Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu bildirib ki, hücumçu Lionel Messi hətta karyerasını başa vurduqdan sonra da komandanı tərk etməyəcək. Bunu “Goal” portalına istinadla “Qazeta.ru” saytı xəbər verib.

Azərtac xəbər verir ki, çərşənbə günü Messinin iki və Luis Suaresin bir qolları sayəsində “Barselona” Çempionlar liqasının ilk yarımfinal matçında öz meydançasında “Liverpul”a 3:0 hesabı ilə qalib gəlib.

Bartomeu əlavə edib: “O, hələ üç, dörd, beş, on beş il də oynaya bilər, biz bunu bilmirik, özünün istəyindən asılıdır. Bəli, Leo dünya futboluna məxsusdur, lakin bütün həyatını “Barselona”da keçirib. O, bir klubun adamıdır və heç vaxt buradan getməyəcək. Messi haçansa oynamağa son qoyacaq, lakin həmişə bizimlə olacaq”.

Messi “Barselona”da 2004-cü ildən çıxış edir. 31 yaşlı forvard doqquzqat İspaniya çempionu, İspaniya Superkubokunun səkkizqat qalibi, İspaniya Kubokunun altıqat sahibi, Çempionlar liqasının dördqat çempionu, UEFA Superkubokunun üçqat qalibi və klub dünya çempionatının üçqat çempionudur. Messi ilin yekunlarına görə beş dəfə dünyanın ən yaxşı futbolçusu elan edilib.

Cari ildə argentinalı İspaniya çempionatının 32 matçında meydançaya çıxıb və 36 qola imza atıb. “Barselona” milli çempionatın turnir cədvəlində 35 matçda 83 xal toplayaraq birinci yeri tutur və artıq çempion titulunu qazanıb.