XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 May 2019 - 18:01

Nazir müavini:"Prezidentin sərəncamı əlillərin maddi vəziyyətinin yaxşılaşmasına şərait yaradacaq"

Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncamı əlillərin maddi vəziyyətinin yaxşılaşmasına şərait yaradacaq.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

Dünya əhalisinin 15 faizinin əlil olduğunu deyən nazir müavini deyib ki, dünyada yaşı 14-dək olan 93 milyon əlil uşaq var.

O əlavə edib ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 70 minə yaxın uşaq var. Sağlamlıq imkanları məhdud uşaqların 10 mini ümumi təhsil təhsil pilləsində təhsil alır. Onların təxminən 6700 nəfəri evdə, 4700-ü xüsusi təhsil müəssisələrində və inteqrasiyalı sistemli təhsil müəssisələrində təhsil alır. Hazırda peşə təhsili müəssisəsində 24 minə yaxın tələbə təhsil alır ki, onların da müəyyən qismi əlilliyi olan şəxslərdir:

“Hər il peşə təhsili müəssisəsinə 100-ə yaxın sağlamlıq imkanları məhdud olan tələbə daxil olur. Orta ixtisas təhsili müəssisələrində 52 minə yaxın tələbə təhsil alır ki, onların da 3,5 faizi sağlamlıq imkanları məhdud olan şəxslərdir. Ən böyük kateqoriya ali təhsil məktəblərindədir. Ali məktəblərdə 171 minə yaxın tələbə təhsil alır ki, onların 1,5 faizi sağlamlıq imkanları məhdud olan şəxslərdir”.

İ.İsayev bildirib ki, ali və orta ixtisas məktəblərinə qəbul olan sağlamlıq imkanları məhdud tələbələrin sayı getdikcə artır. 2015-ci ildə ali və orta ixtisas məktəblərinə qəbul olan sağlamlıq imkanları məhdud şəxslərin sayı 600 nəfər idisə, 2016-cı ildə bu rəqəm 1019, 2017-ci ildə 1228, 2018-ci ildə 1500-ə yaxın olub:

“Bu gün ali və orta ixtisas təhsili müəssisələrində ümumi olaraq, 4500-ə yaxın əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxs təhsil alır. Onların da 47 faizi sağlamlıq imkanları məhdud şəxsdir. Məlumdur ki, sağlamlıq imkanları məhdud şəxslər yaşı 18-dək olanlar hesab edilir, əlillik dərəcəsi isə 18 yaşdan sonra verilir”.

Nazir müavini bildirib ki, ümumilikdə əlillyi olan və sağlamlıq imkanları məhdud şəxslərin 56 faizi ali təhsilin bakalavr pilləsində, 3 faizi magistratura pilləsində, 41 faizi orta ixtisas təhsili müəsslərində təhsil alır.

İ.İsayevin sözlərinə görə, hazırda həm orta ixtisas, həm ali təhsil sistemində təhsil alanların sayı 223 min nəfərdir ki, onların da 70 faizi ödənişli əsaslarla təhsil alır.

Qeyd edək ki, Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.