XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 18:12

Respublika İdman Tibb Mərkəzi ləğv edildi- Nazirlik açıqlama yaydı

Gənclər və İdman Nazirliyi (GİN) tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

GİN-dən ONA-ya verilən məlumata görə, qurumun nazirliyin nəzdində olan “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC-də fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

Açıqlamada bildirilir ki, 1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşmüş, maddi texniki bazası və tibbi avadanlıqları köhnəlib: “Bu səbəbdən Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmazlıqlar yaranmışdı. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvarından Tibb Mərkəzi təmirə dayandırılıb. Buna baxmayaraq, bu günə kimi müəssisənin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilib. Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində olan “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Respublika İdman Tibb Mərkəzi Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.