XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 19:23

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinə müraciət etdi:"Bu qaydalara ciddi əməl olunmalıdır"

Şamaxı rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən qeyd olunan tədbirlər Şamaxı Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 60 kəndində saxlanılan 30 000 baş iribuynuzlu, 140 000 baş xırdabuynuzlu, 1200 baş təkdırnaqlı heyvana, 5100 ədəd arı ailəsinə və 350 000 baş quşa baytarlıq xidməti göstərirlər.

Cari ilin müvafiq dövrü ərzində rayonda 30 521 baş iribuynuzlu, 134 707 baş xırdabuynuzlu və 1141 baş təkdırnaqlı heyvanlarda qarayara, 3966 baş sahibli itdə quduzluq, 1600 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) və 295 baş iribuynuzlu (brudoll ŞT-19 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 8276 baş iribuynuzlu heyvanda leptospirioz, 80 746 (“H” ştammı ilə) baş quş və 629 660 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Şamaxı rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 31 329 baş iribuynuzlu və 108 782 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

Mart ayının ilk günlərindən isə Şamaxı Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 29 815 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 8665 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2483 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 431 baş iribuynuzlu heyvanlarda, manqoya qarşı 698 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Şamaxı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.