XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 21:56

Bakının Baş planı 2020-nin sonunadək hazır olacaq- Komitə sədrindən açıqlama

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib.

Komitədən ONA-ya verilən xəbərə görə, iclası giriş nitqi ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən siyasət sayəsində ölkə yeni inkişaf dövrünü yaşayır.

Onun sözlərinə görə, ötən ilin son günlərində şəhərsalma proseslərinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş islahedici qərarlardan biri ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanıdır: “Fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanıb.
Bu günə artıq elektron müraciət sistemi vasitəsi ilə onlarla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib.
Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün electron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur”.

S.Nuriyev vurğulayıb ki, ötən müddət ərzində komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilib. Onun sözlərinə görə, yaxın gələcəkdə bu elektron portal vasitəsilə həmçinin, ekspertizası tələb olunan obyektlərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında electron icazələrin verilməsi planlaşdırılır.

S.Nuriyev qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş 26 müsbət rəy əsasında Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi tərəfindən 26 yaşayış binaları kompleksinin istismarına icazələr verilib. Bu da Fərmanın icrasının hazırkı mərhələsində ümumilikdə 5600-dən artıq ailənin
illər ərzində həlli mümkün olmayan probleminin artıq həll olunması deməkdir”.

Komitə sədri çıxışında həmçinin, ərazi planlaşdırılması sənədlərinin hazırlanması istiqamətində fəaliyyətə və Bakı şəhərinin Baş planının hazırlanması məsələsinə
də toxunub.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib: “Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur”.

Bildirilib ki, son zamanlar tikinti sifarişçiləri ilə aparılan sıx əməkdaşlıq və maarifləndirmə işi nəticəsində hazırlanan və baxılması üçün Komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Ümumiyyətlə son müddət ərzində Komitə tərəfindən Respublika üzrə 176 şəhərsalma əsaslandırılması təsdiq olunub ki, bunlardan 89 Bakı şəhərinin ərazisində reallaşdırılacaq layihələri əhatə edir.