XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2019 - 21:45

Qurban Qurbanov:"Hamı toparlandı, təcrübə və istəyindən yararlana bildi"

“Futbolçuları təbrik edirəm. Çox çətin mövsüm oldu”.

ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı ardıcıl 6-cı Azərbaycan çempionluqlarını şərh edib: “Sona 3 tur qalmış 1-ci yeri ələ keçirdik. Halbuki mövsümboyu ikinci pillədə idik. Bugünkü matçda isə gərginlik daha çox idi. Futbolçular çox istəkli və gərgin idilər. Mövsümü çempion kimi başa vurduğumuz üçün sevincliyəm. Rəhbərliyi, futbolçuları və azarkeşləri təbrik edirəm. Oyunçularımın bu mövsümdəki çıxışından tam razı qaldım. Daim yanlarında oldum. Onların nə cür məsuliyyətli olduqlarını, əziyyət çəkdiklərini görürdüm. Komandada xeyli dəyişikliklər oldu. Buna baxmayaraq, hamı toparlandı, təcrübə və istəyindən yararlana bildi”.

Qeyd edək ki, “Qarabağ” “Səbail”ə 4:0 hesabı ilə qalib gəlməklə, Topaz Premyer Liqasının başa çatmasına 1 tur qalmış qızıl medalları rəsmiləşdirib.