XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 10:32

AMEA-nın prezidenti:"İdarəetmə və təşkilat sistemi təkmilləşdiriləcək”

“Artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu istiqamətdə köklü islahatlar aparır”.

Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.

A.Əlizadə qeyd edib ki, bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir: “Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”.

Report