XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 14:25

Son 2 ayda Gürcüstana 113 mindən çoxAzərbaycan vətəndaşı gedib

 

 

gurcustan

 

Cari ilin yanvar–fevral aylarında 113,8 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

 

Azertag.az Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir. İkinci yerdə isə Türkiyə vətəndaşları durur. İki ayda Gürcüstana 92 min Türkiyə vətəndaşı gəlib.

 

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında Gürcüstana 683,5 min xarici ölkə vətəndaşı gəlib. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur. Ölkəyə gələnlərin 360,4 mini turistlər olub.