XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2019 - 17:41

Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər edilib- Dövlət Agentliyindən açıqlama

Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib.

Həmçinin 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.

Dəyişikliklər Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolunun AAYDA tərəfindən yenidən qurulması layihəsinə uyğun olaraq aparılır.