XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 23:48

MDB-nin yaradıcı və elmi ziyalılarının forumu keçiriləcək- Aşqabadda

Mayın 14-dən 17-dək Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XIV forumu keçiriləcək.

Azərtac tədbirin təşkilatçısı olan MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, forumda Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndə iştirak edəcək. Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” olacaq.

Məlumatda bildirilir ki, forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə edəcəklər. MDB məkanında keçirilən Kitab İli ilə əlaqədar kitabların nəşri və oxunması mövzusu da diqqət mərkəzində olacaq. “Humanitar sahədə Avrasiya əməkdaşlığı” təşəbbüsü çərçivəsində isə xüsusi iclasın keçirilməsi nəzərdə tutulur. Bundan başqa, forumda MDB-nin əsas dövlətlərarası mükafatı – “Birlik ulduzları”nın təqdimat mərasimi də təşkil ediləcək.