XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 12:36

Orta məktəb və dövlət bağçalarına lisenziya üçün rüsum ləğv olunur –Qanuna dəyişiklik

Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1 250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10 000 manat dövlət rüsumu ödəməlidirlər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. /Report