XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 16:44

Vasif Talıbov BMT-nin rezident nümayəndəsini qəbul edib

 

vasif-talibov

 

 

Martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Muratla görüşüb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin Sədri V. Talıbov onun ölkəmizdəki birinci fəaliyyəti dövründə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

 

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin olduğunu bildirib, münasibətlərin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq şəraitində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat göstərilən səmimi münasibətə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasının inkişafının onda xoş təəssürat yaratdığını bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.