XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 20:32

“Apple” şirkəti “iPhone 6” istehsalını dayandırıb- Səbəb

Apple” şirkəti “iPhone 6” xəttinin istehsalını dayandırmaq qərarına gəlib.

Azərtac Çin KİV-lərinə istinadla xəbər verir ki, şirkət 2014-cü ildən 2016-cı ilədək dövriyyəyə buraxılan “iPhone 6”, “iPhone 6 Plus”, “iPhone 6s”, “iPhone 6s Plus” və “SE” modellərinin istehsalını dayandırmağı planlaşdırır. “Apple” cəmi 250 milyon “iPhone 6” və onun variantlarını satıb. Bu smartfonlar xətti şirkətin ən çox satılan məhsullarına çevrilib.

“iPhone 6”dan imtinaya səbəb son illər ərzində “iOS” əməliyyat sisteminə artan tələbat olub ki, sabit iş üçün qurğunun gücü buna kifayət etməyib.