XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2019 - 21:05

Moskva Dövlət Universitetində erməni təxribatının qarşısı alınıb- Detallar

Azərbaycanın Rusiyadakı səfirliyi Moskva Dövlət Universitetində (MDU) erməni təxribatının qarşısını alıb.

Səfirlik bildirir ki, son günlər sosial şəbəkələrdə MDU-nun Erməni Tələbələr Assosiasiyasının mayın 7-də “Qarabağ müharibəsi qurbanları” ilə görüş keçirəcəyi haqında məlumat yayılıb. Həmin məlumatlarda MDU-nun tədbirin tərəfdaşı olması göstərilib:

“Səfirlik məsələ ilə bağlı MDU rəhbərliyinə müraciət edib. Universitetdən verilən cavabda ali məktəbin bu tədbirlə birmənalı olaraq heç bir əlaqəsinin olmadığı bildirilib. Eləcə də vurğulanıb ki, bu cür tədbirlərin MDU daxilində keçirilməsi qəbuledilməzdir. Eyni zamanda səfirliyin bununla bağlı narahatlığını nəzərə alan universitet rəhbərliyi tədbirin təşkilatçıları ilə görüş keçirib, nəticədə tədbirlə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş məlumat silinib”.

Səfirlik Rusiyadakı Azərbaycan icmasının bütün nümayəndələrinə vətəndaş mövqelərini ifadə etdikləri üçün təşəkkürünü bildirib.