XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

08 May 2019 - 16:22

Bakı-Ankara qatarında qiymətlər necə olacaq?- QSC-dən açıqlama

Bakı-Ankara dəmiryolu xətti üzrə nəzərdə tutulan qiymətlər hələ mövcud deyil.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

Qurumdan bildirilib ki, Türkiyə tərəfinin yaydığı məlumatlar hələ müzakirə mərhələsindədir:

“Bu barədə hələlik yekun qərar yoxdur, qeyd olunan rəqəmlər Türkiyə tərəfinin təklifidir. Bu barədə müzakirələr aparılır”.

Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumatda bildirilir ki, bu ilin avqustundan BTQ-nin davamı olaraq Ankara-Bakı marşrutu üzrə dəmiryolu xətti həyata keçiriləcək. Məlumata əsasən kupelərin tipindən asılı olaraq, qatar biletlərinin qiyməti 96 – 220 AZN arası dəyişəcək:

“Qatar 246 sərnişin üçün nəzərdə tutulub. Səfər müddətinin 40 saatdan çox olacağı güman edilir”.