XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2019 - 17:12

Təhsil İdarəsi ikinci mərtəbədən atılan şagirdlə bağlı araşdırmaya başladı:"Tədbir görüləcək"

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən özünü ikinci mərtəbədən yerə tullanması ilə bağlı videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək”.

Strateq.az xəbər verir ki, bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən həmin hadisə ilə bağlı yayılan videoya münasibət bildirərkən deyilib.

İdarədən qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Həmin videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: “Amma bu kimi hallar yolverilməzdir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür”.