XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 19:05

Abituriyentlər üçün sınaq imtahanlarınınvaxtı açıqlandı

 

TQDK

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3, 10, 24-ü və mayın 8-də ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) qəbul olunmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirəcək.

 

TQDK-dan bildiriblər ki, sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. Sınaq imtahanına yazılış yalnız elektron qaydadadır. İmtahana yazılmaq üçün abituriyent əvvəlcə ödəmə kartını əldə etməli, sonra isə TQDK-nın rəsmi internet saytında qeydiyyatdan keçməlidir.

 

Qəbul imtahanı proqramına uyğun keçiriləcək sınaq imtahanında abituriyentlər özlərinin bilik səviyyəsini yoxlayır, imtahan texnologiyası ilə tanış olur və imtahanlara psixoloji cəhətdən hazır olurlar. Bu baxımdan sınaq imtahanı əsasən cari ilin məzunları üçün nəzərdə tutulur. Amma təcrübə göstərir ki, sınaq imtahanına yazılanların yalnız 81 faizi bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərdir.

 

Qeyd edək ki, aprelin 3-də keçiriləcək sınaq imtahanına yazılanların 17 faizi 10-cu sinif, 2 faizi 9-cu sinif şagirdləridir.

 

Sınaq imtahanına ayrılan yerlərin orta məktəb məzunları üçün nəzərdə tutulduğunu və aşağı sinif şagirdlərinin orta məktəb proqramını tam başa çatdırmadığından onlarda psixoloji gərginlik yaradacağını nəzərə alaraq 9 və 10-cu sinif şagirdlərinin bu imtahanlarda iştirakı tövsiyə olunmur.

 

Bundan əlavə, sınaq imtahanları bir ay davam edir və bir həftə ərzində abituriyentin bilik səviyyəsində ciddi dəyişiklik olmayacağını nəzərə alsaq, onların hər həftə bu imtahanlarda iştirakı vacib deyil.