XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 14:19

Deputatdan “Azneft”dəki yeraltı keçiddə popkorn satan uşaqla bağlı daha bir açıqlama:"Nazirlik onu tapıb..."

“”Azneft” meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb”.

Strateq.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında yazıb.

Deputat bildirib k, indicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ona zəng edib:

“O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb. Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Onun telefonuna zəng etsələr də, nömrə şəbəkə xidməti kənarındadır.

Gənc arzu edərsə, ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək”.

Deputat qeyd eidb ki, nazirlik əməkdaşı ilə söhbətində o da öz köməyini təklif edib.

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb.