XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 May 2019 - 16:07

Xalq artisti ilə vida mərasimi başa çatdı –Arif Məlikov I Fəxri xiyabanda dəfn edilib

Xalq artisti Arif Məlikovla vida mərasimi başa çatıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevmərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Arif Məlikovun cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.