Gülüstan sarayının yanında yaşıllıq sahədə tikinti aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) vətəndaşlardan daxil olan məlumat ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə “Report”a Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova məlumat verib.
O bildirib ki, sözügedən ərazidə elektrik yarımstansiyası tikildiyindən və həmin yerdəki ağaclar tikinti altına düşdüyündən ağacların başqa əraziyə köçürülməsi işləri aparılır: “Tikinti başa çatdıqdan sonra həmin ərazidə Nazirliyin əməkdaşlarının nəzarəti ilə yeni ağacların əkilməsi təmin ediləcək. Yaşıllıqların qorunması ilə bağlı sayıqlıq göstərərək Nazirliyə müraciət etmiş ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildiririk”.