XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2016 - 20:06

“Qarabağ”dan növbəti qələbə- 2:0

 

qarabag

 

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin görüşləri davam edir.

 

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, günün növbəti qarşılaşması Bakıda oynanılıb.

 

Dörddəbir final mərhələsinin növbəti matçında “Qarabağ” komandası “Sumqayıt”ı qəbul edib. Ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq istəyən Ağdam təmsilçisi ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunun 52-ci dəqiqəsində Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Matçın 86-cı dəqiqəsində isə Mahir Mədətov fərqi iki topa çatdırıb.

 

Komandalar arasında cavab görüşü martın 9-da keçiriləcək.