XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 May 2019 - 13:18

UEFA prezidenti:"Bu, Azərbaycan üçün də xüsusi hadisə olacaq"

UEFA prezidenti Aleksander Çeferin Bakıda keçiriləcək Avropa Liqasının final matçına vəsiqə qazanan İngiltərənin “Arsenal” və “Çelsi” komandalarını təbrik edib. 

Bu barədə sloveniyalı funksionerin qurumun rəsmi saytında yer alan açıqlamasında bildirilir. Çeferin həlledici qarşılaşmada Londonun iki komandasının üz-üzə gəlməsini xüsusi hadisə adlandırıb: “Bu görüş təkcə onların azarkeşləri üçün deyil, təşkilatçı Azərbaycan adına da xüsusi hadisənin olacağını vəd edir”. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq/Report.