Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov İrana səfər edəcək.
“Report” İranın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 12-də baş tutacaq birgünlük səfərdə A.Rəhimov bu ölkənin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə idman sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.