XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 May 2019 - 17:52

Məktəblərin akkreditasiyası üçün dövlət rüsumunun məbləğləri müəyyən edilib- Qanuna dəyişikliklər edilir

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin statusundan və səviyyələrindən asılı olaraq fərqləndirilib.

Məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib.