XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 May 2019 - 09:45

Nazirlik:"Yağıntılı hava şəraiti bölgələrdə davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub"

Bu gün səhər saat 8:00-ə olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə,  ən çox yağıntı miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, habelə Balakəndə 25 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.

Yağıntı digər bölgələrdə 1- 8 mm olub. Paytaxtın bir sıra qəsəbələrində, o cümlədən Zabratda, Binədə 0,4 mm, Maştağada 1 mm, Bakıda 3 mm yağış qeydə alınıb. Saat 11-də əksər rayonlarda yağıntının kəsiləcəyi proqnozlaşdırılır.