XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2019 - 20:11

“Böyük Dəbilqə”:Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.

H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnirə mayın 12-də yekun vurulacaq.