XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 May 2019 - 22:58

Türkiyə Superliqası:“Fənərbağça” komandası öz meydanında “Akhisarspor”u məğlub edib

Mayın 11-də futbol üzrə Türkiyə Superliqasının XXXII turunda “Fənərbağça” komandası öz meydanında “Akhisarspor”u qəbul edib.

Azərbaycan xəbər verir ki, oyun İstanbul komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda meydan sahiblərinin heyətində 28-ci dəqiqədə Roberto Soldado, 30-cu dəqiqədə Nabil Dirar fərqləniblər.

Qonaq komandanın heyətində isə Helder Barbosa 45-ci dəqiqədə topu rəqib qapıdan keçirib.

Beləliklə, bu qalibiyyətdən sonra xallarının sayını 40-a çatdıran İstanbul təmsilçisi Türkiyə çempionatında 10-cu sıraya yüksəlib. “Akhisarspor”un isə çempionatın yekunlaşmasına iki həftə qalmış superliqanı tərk edəcəyi dəqiqləşib.

Turun digər oyunu olan “Göztəpə” – “Sivasspor” matçında 3:3 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, hazırda “Qalatasaray” 66 xalla çempionatın vahid lideridir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci yerdə, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.