XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 May 2019 - 23:22

Türkiyə hərbçiləri ilə PKK arasında növbəti atışma:şəhid var

Türkiyənin Tunceli şəhər Jandarma Qüvvələri bu gün PKK terrorçuları ilə çıxan atışmada şəhid verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jandarma qüvvələrinin PKK üzvlərinə “Təslim ol” tələbinə atəşlə cavab verilməsindən sonra Pülümür rayonunda bir neçə saat davam edən atışma çıxıb.

Nəticədə bir terrorçu məhv edilib. Jandarma qüvvələrindən isə bir əsgər şəhid olub.

Rəsmi məlumata görə, bölgədə mövcud olan terrorçulara qarşı geniş əməliyyat davam edir.