XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2016 - 22:15

Azərbaycanda istehsal edilən zirehli gödəkçələr və dəbilqələr ordunun istifadəsinə verildi –FOTOLAR

kaska

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilən zirehli gödəkçələr zirehi və dəbilqələr Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə qəbul olunub.

 

Strateq.az “AzeriDefence”yə istinadən xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin Arxa cəbhə idarəsinin hərbi hissəsində olan jurnalistlərə şəxsi heyətin geryimləri ilə yanaşı onların istifadəsinə verilən yerli istehsal olan bədən zirehli gödəkçə və dəbilqələr də nümayiş olunub.

 

Müdafiə Nazirliyinin Arxa cəbhə idarəsinin rəisi, polkovnik Münasib Babayev bildirib ki, artıq yerli istehsal olan “Qalxan-Z” üçüncü sinif zirehli gödəkçələr və BK-4 markalı dəbilqə şəxsi heyətin istifadəsində yer alır. Yerli müəssisədən adıçəkilən məhsullar partiyalarla tədarük edilərək şəxsi heyətin istifadəsinə verilib.