XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 May 2019 - 12:33

Paşinyan artıq Brüsselə yola düşüb –Əvvəlcə Lüksemburqda olacaq

Ermənistan baş naziri Nikol Paşinyanın başçılıq etdiyi heyətin Lüksemburqa səfəri başlanıb.

Strateq.az lragir.am-a istinadən xəbər verir ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan, baş nazirin baş müşaviri Arsen Qasparyan, köməkçisi Qraçya Taşçyan bu heyətin tərkibindədir.

Baş nazir səfər çərçivəsində Lüksemburq hökumətinin başçısı Ksavye Betellə əvvəlcə təkbətək, sonra genişləndirilmiş tərkibdə görüşəcək.

Baş nazir günün ikinci yarısında Brüsselə gedəcək, Avropa Şurasının binasında Şərq tərəfdaşlığının onilliyinə həsr edilən və Avropa Şurasının sədri Donald Tuskun adından verilən rəsmi şam yeməyinə qatılacaq.