XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 May 2019 - 16:41

Ramil Usubov Bərdədə vətəndaşları qəbul etdi –Nazir polis rəislərinə tapşırıqlar verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqən, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdabşəhər və rayonlarından qəbul üçün müraciət edən 40 vətəndaş iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ baxılması üçün aidiyyatı Baş İdarə, xidmət və ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.