XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 May 2019 - 19:27

DYP:"Vüsal Kərimlinin cərimələnməsi barədə məlumatlar həqiqəti əks etdirmir"

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Vüsal Kərimlinin “BMW” model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bölmə rəisi kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edib ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər.