XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2019 - 23:22

Türkiyə çempionatı:“Beşiktaş” “Alanyaspor”a qalib gəlib

Mayın 13-də futbol üzrə Türkiyə Superliqasının XXXII turuna yekun vurulub.

Turnir cədvəlinin üçüncü pilləsində yer alan “Beşiktaş” “Vodafon Park Stadionu”nda “Alanyaspor”u qəbul edib.

Çempionluq uğrunda mübarizə aparan İstanbul komandası qarşılaşmada rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 11-ci dəqiqədə Adem Lyajiçin vurduğu qolla meydan sahibləri açıblar. 45-ci dəqiqədə isə beşiktaşlı Caner Erkin topu öz qapısından keçirib. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

İkinci hissədə hücumlarını çoxaldan meydan sahibləri hesab arasındakı fərqi artırıblar. Matçın 55-ci dəqiqəsində portuqaliyalı futbolçu Rikardo Qvarejma komandasının qələbə topunu vurub.

Beləliklə, bu oyundan sonra xallarının sayını 62-yə çatdıran baş məşqçi Şenol Günəşin yetirmələri Türkiyə çempionatında üçüncü sıradakı mövqelərini möhkəmləndiriblər. “Beşiktaş” komandası növbəti həftə səfərdə “Trabzonspor”la oynayacaq.

Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər(azərtac).