XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 May 2019 - 13:53

BANM-in tələbələri “Star” və “Petkim”də işləyəcək –Rektordan açıqlama

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR Türkiyədə işləyəcək. 

Ali Məktəbdən Strateq.az-a verilən məlumaat görə, BANM-in rektoru Elmar Qasımov “Star” və “Petkim”də Ali Məktəbin tələbələri üçün hələlik 6 yer nəzərdə tutulduğunu bildirib.

SOCAR Türkiyənin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcək.

Rektor qeyd edib ki, Ali Məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir.

Onun sözlərinə görə, tələbələrin məzun olmamış iş təklifi alması Ali Məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiq edir. Onun sözlərinə görə, indiyə kimi BANM-ın 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.

“Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.