XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 May 2019 - 14:18

Elmar Məmmədyarov:"Gün gələcək, gənclər Bakıda qatara minib Stokholma gedəcək"

“Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb”.

Bunu Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb”, – nazir deyib.

O, Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb.

“Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək, bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir”, – E.Məmmədyarov xüsusi vurğulayıb.