XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2015 - 10:24

General Mirqafar Seyidov nöqsana yol verən polis kapitanını işdən çıxartdı

mirqafar qor.jpg

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb.


Strateq.az bildirir ki, azNews.az-a daxil olan məlumata görə, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib.

Faktı N.Mövlayev özü AzNews.az-a təsdiqləyib. Bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.

Qeyd edək ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.