XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2019 - 15:52

Azərbaycanlı komandan Belarusa getdi –Məqsəd

Azərbaycan Ordusunun Raket və artilleriya qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” VIII beynəlxalq elmi konfransda iştirak edəcək.Sərgi mayın 18-dək davam edəcək.