XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 May 2019 - 19:48

Fransada polisin saxladığı şəxslərin sayı rekord həddə çatıb –Açıqlama

Fransada polisin saxladığı şəxslərin sayı rekord həddə çatıb.

Bu barədə Fransanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bu il aprelin 1-nə ölkədə polisin saxladığı şəxslərin sayı 71 828 nəfərə çatıb. Bunların 50 976 nəfərinə həbs cəzası verilib.

Qeyd edək ki, 2018-ci ilin aprel ayında ölkə ərazisində saxlanılan şəxslərin sayı 70 min nəfər olub. Ümumiyyətlə, 2011-ci ildən Fransada tutulan şəxslərin sayı artır. Növbəti beş ildə cəzaşəkmə məntəqələrində 7 min əlavə yerin yaradılması nəzərdə tutulur/Report.