XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2019 - 20:43

İraqın baş naziri Türkiyəyə gəlir –Səbəb

İraqın baş naziri Adil Əbdülmehdi mayın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

Məlumatı Türkiyənin Prezident Administrasiyasının Əlaqələr komitəsi yayıb.

Səfər prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti üzrə həyata keçiriləcək.

Bildirilib ki, səfər çərçivəsində terrora qarşı mübarizə, İraqın yenidən qurulması, ticarət və enerji sahələri başda olmaqla iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdə Türkiyə və İraqı yaxından maraqlandıran regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsinin aparılacağı ehtimal edilir/Report.