XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 May 2019 - 22:07

QDİƏT PA-nın komitə iclasları keçiriləcək –Batumidə

Mayın 15-16-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.

PA-nın Siyasi və hüquqi məsələlər və İqtisadi, ticari, texnoloji və ətraf mühit məsələləri komitələrinin toplantılarında 9 ölkədən, ümumilikdə, 40-a yaxın deputatın iştirakı gözlənilir.

Komitə iclaslarında Qara dəniz bölgəsində siyasi, iqtisadi, ticari və ətraf mühit məsələləri müzakirə olunacaq. İştirakçılar təşkilatı məsələləri də nəzərdən keçirəcəklər.

Batumidə həmçinin QDİƏT PA-nın baş katibi Asəf Hacıyev, vitse-prezidenti, Gürcüstanın PA-dakı nümayəndə heyətinin rəhbəri Otar Danelia, Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze və digər rəsmi şəxslərin iştirakı ilə beynəlxalq forum da keçiriləcək/Report.