XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 09:05

Roqozinin Bakıya qəfil səfəri:Rusiya silah ticarəti rəhbərlərinin Azərbaycana "xüsusi" səfəri nə ilə bağlıdır? -YENİLƏNİB

roqozin

 

 

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfərə gəlib.

 

 

Trend-in məlumatına görə, bunu D.Roqozin öz Facebook səhifəsində bildirib.

 

"Bakıda hava gecə 9 dərəcə isti, günorta 14 dərəcə istdir. Küləklidir. Azərbaycanın paytaxından hamıya salamlar" – Roqozin öz səhifəsində bu sözləri yazıb.

 

Roqozin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparacaq.

Strateq.az bidirir ki, bu barədə “Kommersant” qəzeti silah idxalı ilə bağlı mötəbər mənbəyə əsasən yazıb.

 

Roqozinlə bərabər Bakıya “Rosoboroneksport”un və Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbərliyi gəlib.

 

Səfər “xüsusi” xarakter daşıyır və əvvəlcədən planlaşdırılmayıb. Səfərin səbəbi idxal müqavilələri ilə bağlı yaranmış çətinliklər olub.