XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 10:50

Korrupsiya, dövlət resurslarından sui-istifadə…- "Transparency İnternational" mövzunu müzakirəyə çıxardı+FOTO

May ayının 8-10-da Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin (OSCE/ODIHR) təşkilatçılığı ilə çağdaş dövrümüzdə korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinin müzakirəsi məqsədilə tədbir keçirilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının 25 ölkədən milli bölmələrinin nümayənədləri, akademik dairələrin təmsilçiləri iştirak etdiyi tədbirdə XXI əsrdə siyasi korrupsiya problemləri, siyasətdə pul, dövlət resurslarından sui-istifadə, ictimai maliyyə və korrupsiya, ictimai dürüstlük mövzularında müzakirələr, fikir mübadiləsi aparılıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Ramil İskəndərli tədbirdəictimaiyyətinbilik səviyyəsinin artırılması, dürüstlülük və işgüzar etikanın formalaşması, korrupsiyanın səbəbləri, bu təhlükəli ictimai fenomeninin azaldılması və digər istiqamətlərdə fəaliyyətlərin vacibliyi ilə əlaqədar müzakirələrdə fəal iştirak edib, təkliflərləri səsləndirib.

Xatırladaq ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təsis edilmiş və tam səlahiyyətli milli bölmə kimi akkreditasiyadan keçmişdir.

Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən “Transparency International” təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini əlaqələndirir.