XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 12:07

Bakı-Qazax yolu yeniləndi- FOTO

 

baki-qazax yolu

 

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 metr uzunluğunda, 12,5 metr enində yeni yol hissəsi salınıb.

 

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, geri dönmə üçün nəzərdə tutulmuş yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 metr dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6450 kvadratmetr sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı 2,5 metr enində çiyinlər də tikilib.

 

Daha sonra 4750 kvadratmetr sahəyə 2 qat olmaqla ( 12 santimetr + 6 santimetr ) 18 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 metr enində genişləndirilib və yol ayrıcında 2200 kvadratmetr sahədə ( 800 kvadratmetr + 1400 kvadratmetr ) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2200 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib, kənarlarına 400 paqonmetr yeni səki daşları düzülüb.

 

Texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılmış tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol ayrıcına 270 paqonmetr əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları qoyulub, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.