Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.
Strateq.az azertag.az-a istinadən xəbər verir ki, sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləyib. Bildirilib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir.