XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2019 - 17:28

Azərbaycanlı namizəd:“Marneulidə seçkilər kütləvi pozuntularla keçirilir”

“Marneuli rayonunda seçkilərdə kütləvi pozuntulara yol verilir”.

Bunu müxalif Vahid Milli Hərəkat Partiyasından Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Aqil Mustafayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri seçicilərin səslərini pulla satın almağa cəhd edirlər: “Bu seçkilər son illər Gürcüstanda ən çox qanun pozuntularına yol verilən seçkilərdir”.

A.Mustafayev qeyd edib ki, hakim partiya üzvləri seçkilərdə saxtakarlıqlara şərait yaratsalar da, onlar məqsədlərinə nail olmayacaqlar/Report.