Türkiyə Super Liqasının çempionu bəllli olub.
Strateq.az xəbər verir ki, bu gün çempionluq uğrunda mübarizə aparan və turnur cədvəlində eyni xala (66 xal) sahib olan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib.
Oyunda ilk qolu “Başakşəhər” vurub. Belə ki, Bajiç 17-ci dəqiqədə heabı açıb.
47-ci dəqiqədə Fequli, 64-də isə Onyekuru “Qalatasaray”ın qollarını ataraq, çempionluğunu tura bir oyun qalmış təmin ediblər – 2:1.
Onu da qeyd edək ki, bir neçə gün öncə “Qalatasaray” Türkiyə kubokunu da qazanıb.