XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 May 2019 - 13:47

“Google” “Huawei”lə biznesi dayandırır- ABŞ şirkətin Çinə məlumat ötürdüyünü iddia edir

Amerikanın “Google” kompaniyası Çinin “Huawei” şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib.

Azərtac “Financial Times” qəzetinə istinadla xəbər verir ki, ötən həftə ABŞ “Huawei” kompaniyasını Birləşmiş Ştatlardan çatdırılmaların xüsusi lisenziya əsasında həyata keçiriləcəyi kompaniyaların siyahısına salıb. Amerika hakimiyyəti bu kompaniyanın Çinin dövlət təhlükəsizlik xidmətlərinə məlumat ötürdüyünü güman edir.

Dünyanın ikinci ən iri smartfon istehsalçısı olan “Huawei” öz məhsullarında “Google” kompaniyasının “Android” sistemindən istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına 200 milyon smartfon çıxarıb. “Huawei” bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

“Huawei” öz qurğularında, həmçinin Amerikanın “Qualcomm”, “Intel” və “Broadcom” kompaniyalarının istehsal etdiyi yarımkeçiricilərdən geniş istifadə edir. Çin şirkətinin ABŞ-dan aldığı ehtiyat hissələrinin həcmi 11 milyard dollara çatır.

Ekspertlərin fikrincə, “Huawei” kompaniyasının əsas komponentlərdən məhrum edilməsi həm Amerikanın yarımkeçirici istehsalçılarına, həm də qlobal sahəyə mənfi təsir göstərəcək. KİV-lər Çin şirkətinin xeyli ehtiyat hissəsi yığdığını və alternativ yarımkeçirici istehsalçıları axtardığını, eləcə də smartfonlar üçün öz əməliyyat sistemini hazırlamaq üzrə işlərə başladığını yazırlar.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, qazancı isə 8 milyard dolları keçib.