XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2016 - 13:45

Avtomobilin idarəetmə sistemindəki qüsur qəzaya səbəb oldu – FOTO

Faktla bağlı araşdırmalara başlanılıb

 

Lənkəranda avtomobilin idarəetmə sistemində yaranan qüsur qəzaya səbəb olub

 

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.  

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomaşının idarəetmə sistemində yaranan qüsur qəzaya səbəb olub. 


Belə ki, yüksək sürətlə hərəkətdə olan 42 BT 588 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobilin təkəri çıxıb. Nəticədə sürücü idarəetməni itirib və 90 EP 504 dövlət nömrə nişanlı VAZ 2104 markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq dəmir çərçivəli hasara çırpılıb.


Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.