XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 May 2019 - 18:21

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış:3 nəfər ölüb, 4-ü yaralanıb

Moskva ətrafında Serpuxov rayonunda yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

Hadisə yerində əməliyyat xidməti araşdırma aparır. /Report